Haqqımızda Reklam
11 
Iyl
2026
14:21
5
4
1146

"Mamed Gas" abonentlərə qazın yeni tarifi ilə bağlı SMS göndərib

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndini və şəhərin 26 May küçəsinin bir hissəsini təbii qazla təmin edən "Mamed Gas" şirkəti abonentlərə təbii qazın yeni tarifi ilə bağlı SMS bildirişi göndərib. 24News.ge xəbər verir ki, abonentlərə göndərilən mesajda təbii qazın tarifinin 1,3599 lari/kubmetr olacağı qeyd edilib. Qeyd edək ki, son bir ay ərzində "Mamed Gas" ilə Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) arasında təbii qazın tarifi ilə bağlı fikir ayrılığı davam edir. SEMEK-in açıqlamasında bildirilib ki, Qızılhacılı kəndinin sakinləri təbii qazdan istifadəyə görə yalnız Komissiya tərəfindən təsdiqlənmiş 47 tetri/kubmetr (ƏDV daxil) tarif əsasında ödəniş etməlidirlər və əhali üçün qüvvədə olan tarifdə hər hansı dəyişiklik edilməyib. Məsələ ilə bağlı 24News.ge xəbər portalına danışan "Mamed Gaz" şirkətinin direktoru Nəriman Allahverdiyev isə baş verənləri şirkətə qarşı yönəlmiş addımlar kimi qiymətləndirib. O, SEMEK tərəfindən səsləndirilən ittihamlarla razılaşmadığını bildirib. Şirkət rəhbərinin sözlərinə görə, "Mamed Gaz"a təbii qaz digər qazpaylayıcı şirkətlərlə müqayisədə daha yüksək qiymətə satılır və bu səbəbdən şirkət bərabər rəqabət şəraitində fəaliyyət göstərə bilmir. Nəriman Allahverdiyev bildirib ki, tənzimləyici qurumun irəli sürdüyü tələblər qanunvericiliyə ziddir və şirkət öz hüquqlarını məhkəmə də daxil olmaqla hüquqi müstəvidə sonadək müdafiə edəcək.

www.24news.ge