Haqqımızda Reklam
11 
Iyl
2026
11:48
13
2
689

Tbilisidə Fatimə Kərimovanı qətlə yetirən Azərbaycan vətəndaşı Batumidə saxlanılıb (VİDEO)

Gürcüstan hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı Emin Əliyevi saxlayıb. O, Tbilisidə birlikdə yaşadıqları mənzildə əmisi qızı, Azərbaycan vətəndaşı Fatimə Kərimovanı boğaraq qətlə yetirməkdə təqsirləndirilir. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təqsirləndirilən şəxs Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Nazirliyin bildirdiyinə görə, saxlanılma əməliyyatı Tbilisi Polisi və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib. İstintaqın məlumatına əsasən, Emin Əliyev cari ilin 27 iyun tarixində Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumu Fatimə Kərimovaya həyat üçün təhlükəli xəsarətlər yetirib. Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Polis isti izlərlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlinin şəxsiyyətini qısa müddətdə müəyyən edib və onu axtarışa verib. Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge