Haqqımızda Reklam
11 
Iyl
2026
09:41
11
8
336

Tramp: "İran mənə qarşı sui-qəsd etsə, ABŞ 1000 raketlə cavab zərbəsi endirəcək"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər İran ona qarşı sui-qəsdə cəhd etsə, ABŞ İranı min raketlə vuracaq. 24News.ge xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. ABŞ prezidentinin sözlərinə görə, İran İslam Respublikasına yönəldilmiş 1000 raket artıq döyüş hazırlığı vəziyyətinə gətirilib və Tehran onun öldürülməsi və ya buna cəhd etməsi halında dərhal minlərlə əlavə raket buraxılacaq: “1000 raket hazır vəziyyətə gətirilib və İran İslam Respublikasına yönəldilib. Əgər İran dünyanın müxtəlif yerlərində səsləndirdiyi təhdidləri həyata keçirərək ABŞ-ın fəaliyyət göstərən prezidentini, yəni məni öldürməyə və ya buna cəhd etməyə qərar versə, dərhal əlavə minlərlə raket buraxılacaq”, – deyə Tramp yazıb. O bildirib ki, bununla bağlı müvafiq göstərişlər artıq verilib: “ABŞ Silahlı Qüvvələri tam hazırdır və zərurət yaranacağı təqdirdə İranın bütün ərazisini tamamilə məhv edə bilər. Allaha həmd olsun!”, – deyə Tramp əlavə edib. Bundan başqa, Donald Tramp The New York Post qəzetinə müsahibəsində də bildirib ki, öldürüləcəyi təqdirdə İranın bombalanması ilə bağlı əvvəlcədən göstəriş verib: “Mən artıq çoxdan onların hədəf siyahısındayam. Təlimat vermişəm ki, əgər mənə nəsə olsa, İranı indiyədək görünməmiş səviyyədə bombardman etsinlər”, – deyə ABŞ prezidenti bildirib. Tramp eyni zamanda İsrailin ABŞ-a onun öldürülməsi ilə bağlı İranın planları barədə kəşfiyyat məlumatı ötürdüyü iddialarını təkzib edib: “Xeyr, xeyr. İsrail heç nə aşkar etməyib. Mən onsuz da uzun müddətdir onların hədəf siyahısında birinciyəm”, – deyə Donald Tramp qeyd edib.

www.24news.ge