Haqqımızda Reklam
11 
Iyl
2026
11:30
6
2
181

Siyasi və ictimai xadim Ramiz Bəkirovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib (VİDEO)

Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində Gürcüstan Parlamentinin sabiq deputatı, tanınmış siyasi və ictimai xadim Ramiz Bəkirovun 70 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. 24News.ge xəbər verir ki, yubiley mərasimində Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, müxtəlif rayon və şəhərlərdən gələn gürcü və azərbaycanlı ziyalılar, şairlər, elm və mədəniyyət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar Ramiz Bəkirovun uzun illər ərzində ölkənin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyətə toxunaraq, onun Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və mənafelərinin müdafiəsi, ictimai fəallığı və cəmiyyətə verdiyi töhfələri yüksək qiymətləndiriblər. Natiqlər yubilyara səmimi təbriklərini çatdıraraq ona möhkəm cansağlığı və uzun ömür arzulayıblar. Mərasim çərçivəsində Ramiz Bəkirova müxtəlif fəxri diplomlar, mükafatlar və xatirə hədiyyələri təqdim olunub. Çingiz Yaqubovun aparıcılığı ilə keçirilən tədbirin bədii hissəsində Ustad aşıq Həvəskar ifa etdiyi bir-birindən gözəl el havaları və aşıq sənətinin incilərindən ibarət repertuarı ilə yubiley məclisinə xüsusi rəng qataraq qonaqlara xoş anlar yaşadıb.

www.24news.ge