Haqqımızda Reklam
24 
May
2025
22:11
76
15
5844

Gürcüstanda dəmir yolu modernləşməsi üzrə işlər tamamlanıb

Gürcüstan Dəmir Yolları modernləşmə layihəsi çərçivəsində aparılan işlərin 99 faizinin artıq başa çatdığını açıqlayıb. 24News.ge xəbər verir ki, Dəmir Yollarının baş direktoru Laşa Abaşidze layihənin yekun mərhələsini yerində yoxlayıb və podratçı şirkətin nümayəndələri ilə görüşərək layihənin detallarını müzakirə edib. Laşa Abaşidze Qvişxetidə yerləşən yeni dəmir yolu stansiyası və yarımstansiya, doqquzuncu tunel, istinad divarı, inşası davam edən yanğına qarşı mübarizə məntəqəsi, Moliti stansiyası və elektro-mərkəzləşdirmə məntəqəsinə baxış keçirib. Bildirilib ki, layihə üzrə işlərin böyük əksəriyyəti tamamlanıb. Hazırda uzunluğu təxminən 9 kilometr olan doqquzuncu tuneldə yanğınsöndürmə sistemləri, videomüşahidə kameraları və tüstüyə qarşı ventilyasiya sistemlərinin quraşdırılması işləri davam etdirilir. Laşa Abaşidze bildirib ki, modernləşdirmə layihəsinin tezliklə tamamlanması Gürcüstanın dəmir yolu və tranzit potensialının artırılmasında mühüm rol oynayacaq.

www.24news.ge