Haqqımızda Reklam
21 
Iyl
2026
11:30
6
4
599

Rustaveli prospektinin əsaslı təmirinə başlanılır: Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdıracaq

Tbilisi meriyası paytaxtın mərkəzi prospekti olan Rustaveli prospektində əsaslı təmir işlərinə başlayır. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib. Onun sözlərinə görə, təmir işləri 23 iyul saat 00:00-dan etibarən başlayacaq. Kaladze bildirib ki, 23 iyul saat 00:00-dan Rustaveli prospektində və Merab Kostava küçəsinin bir hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. "Sahəyə Tamar Çovelidze küçəsindən Azadlıq meydanına qədər olan ərazi daxildir. Ümumilikdə təxminən 2 kilometrlik yol hissəsində təmir işləri aparılacaq", – deyə Tbilisi meri qeyd edib. Kaladzenin sözlərinə görə, işlər Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti tərəfindən həyata keçiriləcək və noyabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.

www.24news.ge