Haqqımızda Reklam
22 
Iyl
2026
06:43
2
2
328

Gürcüstanda ard-arda iki zəlzələ baş verib

Gecə saatlarında Gürcüstanda iki zəlzələ baş verib. 24News.ge xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar Ninotsminda şəhərindən 10 km şərqdə, Qorelovka kəndində və Axalqori şəhərindən 23 km şimalda qeydə alınıb. Bildirilib ki, Tbilisi vaxtı ilə saat 20:40-da, Axalqori şəhərindən 23 km şimalda, Ukanamxari kəndindən 1 km məsafədə 3.3 bal, saat 00:34-də isə Ninotsminda şəhərindən 10 km şərqdə, Qorelovka kəndindən 3 km məsafədə 3 bal gücündə zəlzələ baş verib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

www.24news.ge