Haqqımızda Reklam
21 
Iyl
2026
13:22
5
7
1930

Qızılhacılı və 26 May küçəsində qazın verilişi niyə dayandırılıb? - “Mamed GAS” şirkətindən açıqlama

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi və şəhərin 26 May küçəsinin bir hissəsində iki gündür təbii qazın verilişi dayandırılıb. 24News.ge xəbər verir ki, sakinlərə göndərilən SMS bildirişində qazın təmir-bərpa işləri ilə əlaqədar kəsildiyi qeyd olunub. Məsələ ilə bağlı əraziləri təbii qazla təmin edən "Mamed Gas" şirkəti bildirib ki, qazın yüksək atmosfer təzyiqi ilə verilməsi nəticəsində sayğaclar və digər avadanlıqlar sıradan çıxıb. Şirkətin açıqlamasına görə, təmir işləri başa çatdıqdan dərhal sonra qazın verilişi bərpa olunacaq: "Qazın verilişinin dayandırılmasının başqa heç bir səbəbi yoxdur. Təbii qaz yüksək atmosfer təzyiqi ilə verildiyi üçün sayğaclar və digər bir sıra avadanlıqlar sıradan çıxıb. Hesab edirik ki, bu cür hallar bizə qarşı məqsədli şəkildə törədilir. Baş verən hadisə nəticəsində şirkətə külli miqdarda ziyan dəyib. Təxminən 30 min laridən artıq dəyəri olan avadanlıq yararsız vəziyyətə düşüb və biz onları yenidən almışıq. Təmir-bərpa işləri başa çatan kimi təbii qazın verilişi dərhal bərpa olunacaq", – deyə "Mamed Gaz" şirkətinin direktoru Nəriman Allahverdiyev bildirib.

www.24news.ge