Haqqımızda Reklam
14 
Sen
2023
12:43
10
22
1956

Gürcüstanın xarici borcunun miqdarı açıqlanıb...

Son bir il ərzində Gürcüstanın xarici borcu 876 milyon 765 min dollar artıb. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub. Məlumata əsasən, 2023-cü ilin avqust ayına olan statistikaya əsasən, Gürcüstanın xarici dövlət borcu 8 milyard 568 milyon dollar təşkil edib ki, bu da hazırkı məzənnə ilə 22 milyard 528 milyon lari məbləğindədir. Son bir ildə ölkənin xarici borcu artsa da iyul ayı ilə müqayisədə 27 milyon dollar azalıb. 2023-cü ilin avqust ayına olan məlumata görə, Gürcüstan dövlətinin ən böyük kreditorları Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq İnkişaf Bankıdır.

www.24news.ge