Haqqımızda Reklam
15 
Sen
2026
13:42
8
4
456

BGMİ-nin dini liderləri Prezident İlham Əliyevlə görüşüblər (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. 24News.ge xəbər verir ki, görüşdə BGMİ Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adəm Şantadze də iştirak ediblər. Qəbul zamanı çıxış edən İlham Əliyev Bakıda keçirilən TDT Müsəlman Dini Liderləri Şurasının toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. Prezident bildirib ki, bu cür tədbirlər Türk dünyası, Qafqaz və İslam aləmi arasında birlik və əməkdaşlığın gücləndirilməsinə xidmət edir. O, Azərbaycanın İslam həmrəyliyinin təşviqində fəal rol oynadığını və gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcəyini qeyd edib. İlham Əliyev həmçinin Qarabağa səfər edəcək dini liderlərin bölgədə Ermənistan işğalının nəticələri və hazırda aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlarını bildirib. Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 48 şəhər və kənddə 90 mindən çox insan məskunlaşıb. Prezident Azərbaycan-Ermənistan arasında sülh prosesinə də toxunaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu vurğulayıb. O, Türk dünyası və İslam ölkələri arasında birliyin möhkəmləndirilməsinin regionda sülh və sabitliyə töhfə verəcəyini bildirib. Görüşdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsini tarixi Zəfər kimi qiymətləndirib. TDT Baş katibi Kubanıçbek Ömüralıyev isə Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfələri yüksək qiymətləndirib. Görüşdə həmçinin İslam dünyasında həmrəyliyin gücləndirilməsi, dini liderlər arasında əməkdaşlıq və Seyid Yəhya Bakuvinin irsinin təbliği məsələləri müzakirə olunub.

www.24news.ge