Haqqımızda Reklam
15 
Sen
2026
12:58
2
2
326

Gürcüstanda orta aylıq əməkhaqqı 2 389 lariyə yüksəlib

2026-cı ilin ikinci rübündə Gürcüstanda muzdla çalışanların orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 8% və ya 177,3 lari artaraq 2 389,3 lari təşkil edib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti (“Sakstat”) məlumat yayıb. Fəaliyyət sahələri üzrə ən yüksək orta əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb: İnformasiya və kommunikasiya – 4 400,4 lari; Maliyyə və sığorta fəaliyyəti – 4 074,1 lari; Tikinti – 3 496,6 lari; Peşə, elmi və texniki fəaliyyət – 3 304,8 lari. “Sakstat”ın məlumatına görə, 2026-cı ilin ikinci rübündə qadınların orta aylıq əməkhaqqı 1 927 lari, kişilərin əməkhaqqı isə 2 856,4 lari olub. İllik artım qadınlarda 157,5 lari, kişilərdə isə 200,5 lari təşkil edib. Biznes sektorunda muzdla çalışanların orta aylıq əməkhaqqı illik müqayisədə 153,8 lari və ya 6,6% artaraq 2 471,5 lari olub. Bu sektorda ən yüksək göstərici informasiya və kommunikasiya sahəsində – 4 463,9 lari, peşə, elmi və texniki fəaliyyət sahəsində isə 3 693 lari təşkil edib. Qeyri-biznes və maliyyə sektorunda orta aylıq əməkhaqqı 215 lari və ya 10,6% artaraq 2 239 lariyə çatıb. Bu sektorda ən yüksək əməkhaqqı maliyyə və sığorta fəaliyyəti sahəsində çalışanlarda qeydə alınıb. Regionlar üzrə orta əməkhaqqının göstəricisinə görə Tbilisi və Mtsxeta-Mtianeti lider mövqedədir.

www.24news.ge