Haqqımızda Reklam
15 
Sen
2026
10:05
2
3
223

Kobaxidze: "Patriarxın dəfni üçün ayrılan 3 milyon laridən 722 mini xərclənib"

Baş nazir İrakli Kobaxidze Patriarxın dəfni ilə bağlı xərclərin mənimsənilməsi barədə iddialara münasibət bildirib. 24News.ge xəbər verir ki, Kobaxidze “Rustavi 2” telekanalının efirində analitik Lela Cecelavanın mədəniyyət nazirinin keçmiş müavini Tika Ruxadzenin Patriarxın dəfni ilə bağlı vəsaitlərin təyinatı üzrə xərclənməməsi barədə açıqlamaları ilə bağlı sualını cavablandırıb. Baş nazirin sözlərinə görə, ilkin məlumatlara əsasən, dəfn mərasimi üçün 3 milyon lari ayrılıb, lakin bu vəsaitin yalnız 722 min larisi xərclənib. “Əgər kimsə pul oğurlamaq istəsəydi, 3 milyon larini də tam mənimsəyərdi”, – deyə Kobaxidze bildirib. Baş nazir məsələ ilə bağlı məlumatların araşdırıldığını və cəmiyyətə daha ətraflı məlumat təqdim ediləcəyini qeyd edib.

www.24news.ge