Haqqımızda Reklam
15 
Sen
2026
16:36
3
0
75

Yerli hökumət nümayəndələri yeni dərs ilinin başlaması münasibətilə 5 nömrəli məktəbdə olublar (VİDEO)

Bu gün, sentyabrın 15-də Gürcüstanda 2026–2027-ci tədris ili başlayıb. Marneuli meri Daur İsmayılov, merin birinci müavini Giorgi Qodabrelidze, bələdiyyə sədrinin müavini Vasili Xaxulaşvili və digər yerli hökumət nümayəndələri yeni dərs ilinin başlaması münasibətilə Marneuli şəhərində fəaliyyət göstərən 5 nömrəli dövlət məktəbində olublar. 24News.ge xəbər verir ki, yerli hökumət nümayəndələri məktəbdə keçirilən tədbirdə iştirak edərək müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıblar. Daha sonra nümayəndə heyəti məktəbin sinif otaqlarına baş çəkib, şagirdlərlə görüşüb və tədris prosesi, eləcə də məktəbdə yaradılan təhsil şəraiti ilə tanış olub. Görüş zamanı yeni dərs ilinin başlanması, şagirdlərin təhsil imkanlarının genişləndirilməsi və məktəblərdə yaradılan şəraitlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, bu il Gürcüstanın dövlət məktəblərində 37 733 şagird birinci sinfə qeydiyyatdan keçib. Yeni tədris ilindən etibarən I, V, VII, IX və X sinif şagirdləri yenilənmiş məktəb dərslikləri ilə təhsil alacaqlar. Bundan əlavə, bu il birinci sinfə başlayan şagirdlər yeni tədris ilinə məktəbli forması ilə başlayıblar. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge