Haqqımızda Reklam
15 
Sen
2026
11:33
1
3
234

Ban nazir yeni mədəniyyət nazirini ictimaiyyətə təqdim edib

Baş nazir İrakli Kobaxidze Mədəniyyət naziri vəzifəsinə Maya Bitadzeni təqdim edib. 24News.ge xəbər verir ki, Maya Bitadze bu vəzifəyə qədər Gürcüstan parlamentinin deputatı və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri olub. İrakli Kobaxidze Maya Bitadzenin idarəçilik sahəsində geniş təcrübəyə malik olduğunu bildirib. Baş nazirin sözlərinə görə, Bitadze uzun illər Ətraf Mühitin Mühafizəsi nazirinin müavini, daha sonra isə Tbilisi merinin müavini vəzifələrində çalışıb. O, mer müavini olduğu dövrdə müəyyən müddət mədəniyyət sahəsinə də rəhbərlik edib. Maya Bitadze 2020-ci ildən Gürcüstan parlamentinin üzvüdür. O, hüquq elmləri doktoru və Tbilisi Dövlət Universitetinin dosentidir. Kobaxidze bildirib ki, Bitadzenin dürüstlüyü onun mədəniyyət naziri vəzifəsinə namizədliyinin irəli sürülməsində əsas meyarlardan biri olub və yeni nazirin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, Mədəniyyət naziri vəzifəsi Tinatin Ruxadzenin iyulun 28-də istefa verməsindən sonra vakant qalmışdı. Ruxadze istefasının səbəbi kimi səhhətində yaranan problemləri göstərmiş və bu səbəbdən işinə lazımi diqqəti ayıra bilmədiyini bildirmişdi.

www.24news.ge