Haqqımızda Reklam
14 
Sen
2026
19:00
4
9
472

Prezident administrasiyasına yeni rəhbər təyin olunub

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin administrasiyasının rəhbəri vəzifəsinə Luka Exvaya təyin edilib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyası yayıb. Bildirilib ki, Luka Exvaya müxtəlif vaxtlarda Gürcüstan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri və köməkçisi vəzifələrində çalışıb. O, beynəlxalq münasibətlər üzrə tədqiqatçı və mütəxəssisdir. Exvaya Qafqaz Universitetinin Dövlət İdarəçiliyi Məktəbində beynəlxalq münasibətlər üzrə bakalavr, Bolonya Universitetində isə siyasi elmlər üzrə magistr dərəcəsi alıb. O, həmçinin Leypsiq Universitetinin humanitar və sosial elmlər üzrə doktorantura proqramında qlobal və regional araşdırmalar istiqamətində, daha sonra isə Qafqaz Beynəlxalq Universitetində siyasi elmlər üzrə doktorantura təhsili alıb.

www.24news.ge