Haqqımızda Reklam
14 
Sen
2026
16:19
2
0
617

Yaşlı qadının evinə silahlı maskalı şəxslər basqın edib – pul və qızıl əşyalar oğurlanıb

Telavi bələdiyyəsinin Vanta kəndində 70 yaşına yaxın qadının evinə bir neçə silahlı və maskalı şəxs daxil olaraq onu qarət edib. 24News.ge xəbər verir ki, maskalı şəxslər qadını bağlayaraq pul və qiymətli əşyaların harada saxlanıldığını deməyə məcbur ediblər. Nəticədə cinayətkarlar evdən təxminən 7 min lari nağd pul və qızıl-zinət əşyaları götürüblər. Kənd sakinlərinin sözlərinə görə, qadın evdə tək yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə, quldurluq faktı üzrə araşdırma başlanılıb.

www.24news.ge