Haqqımızda Reklam
14 
Sen
2026
14:04
1
2
415

SON DƏQİQƏ! Baş nazir yeni DTX rəhbərini elan edib

Baş nazir İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini irəli sürüb. 24News.ge xəbər verir ki, Kobaxidze bu barədə hökumət administrasiyasında keçirdiyi brifinq zamanı açıqlama verib. Bildirilib ki, Tamaz Boraşvili indiyədək Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin müavini vəzifəsində çalışıb. Qeyd edək ki, DTX-nın rəhbəri Gela Geladze bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb. O, siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini bildirib. Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri 6 illik müddətə parlament tərəfindən seçilir.

www.24news.ge