Haqqımızda Reklam
14 
Sen
2026
15:41
2
0
139

Gəlirlər Xidməti və İstintaq Xidmətinə yeni rəhbərlər təyin olunub (FOTO)

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə Mamuka Barataşvili, Maliyyə Nazirliyinin İstintaq Xidmətinə isə Merab Qamkrelidze rəhbər təyin olunub. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Məlumata görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni təyin olunan rəhbərlərlə maliyyə naziri Laşa Xutsişvilinin iştirakı ilə görüşüb. Baş nazir onları yeni vəzifələri münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Mamuka Barataşvilinin Maliyyə Nazirliyi sistemində uzunillik iş təcrübəsi var. O, 2020-2021-ci illərdə Gəlirlər Xidməti rəhbərinin birinci müavini vəzifəsində çalışıb. 2011-2020-ci illərdə Maliyyə Nazirliyinin Vergi və Gömrük Siyasəti Departamentinə rəhbərlik edib. Barataşvili müxtəlif dövrlərdə Gəlirlər Xidmətinin Mübahisələr Departamentinin rəhbəri və Hüquq Departamentinin rəhbəri vəzifələrində də çalışıb. Merab Qamkrelidze isə bu təyinatadək Gəlirlər Xidmətinin Hüquq Departamentinin rəhbəri olub. Onun İstintaq Xidmətində də uzunmüddətli iş təcrübəsi var. Qamkrelidze müxtəlif illərdə İstintaq Departamenti rəhbərinin müavini, İstintaq Departamentinin Acarıstan və Quriya idarəsinin rəhbəri, İstintaq Departamentinin Tbilisi Baş İdarəsi rəhbərinin müavini vəzifələrində çalışıb. O, həmçinin Samxarauli Məhkəmə Ekspertizası Bürosunun rəhbər müavini və Gürcüstan hökumət administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbər müavini vəzifələrində fəaliyyət göstərib.

www.24news.ge