Haqqımızda Reklam
14 
Sen
2026
14:19
3
1
123

Mamuka Mdinaradzeyə dövlət mühafizəsi təyin edilib

Keçmiş vitse-premer və regional inkişaf naziri Mamuka Mdinaradzeyə dövlət mühafizəsi təyin edilib. 24News.ge xəbər verir ki, bununla bağlı qərarı Baş nazir İrakli Kobaxidze qəbul edib. Hökumətin müvafiq sərəncamı sentyabrın 8-də imzalansa da, sənəd hökumətin rəsmi saytında bu gün dərc olunub. Sərəncama əsasən, Mamuka Mdinaradzeyə dövlət mühafizəsi 2027-ci il avqustun 1-dək, mühafizənin tətbiqi üçün mövcud əsaslar aradan qalxana qədər minimum dövlət mühafizəsi standartlarına uyğun şəkildə təmin ediləcək. Sənəddə qeyd olunur ki, mühafizə tədbirlərinin həyata keçirilməsini Dövlət Mühafizəsi Xüsusi Xidməti təmin edəcək. Gürcüstanın “Dövlət Mühafizəsi Xüsusi Xidməti haqqında” qanununa əsasən, vəzifəli şəxs vəzifəsini tərk etdikdən sonra onun həyatına və ya sağlamlığına təhlükə olduğuna dair kifayət qədər məlumat və ya aidiyyəti qurumdan müvafiq informasiya olduqda, hökumətin qərarı ilə ona şəxsi mühafizə təyin edilə və ya mövcud mühafizə saxlanıla bilər. Qeyd edək ki, Mamuka Mdinaradze son olaraq vitse-premer və regional inkişaf naziri vəzifələrini tutub. O, avqustun 27-də hökumət administrasiyasında keçirdiyi brifinq zamanı vəzifəsini tərk etdiyini və siyasətdən getdiyini açıqlayıb.

www.24news.ge