Haqqımızda Reklam
14 
Sen
2026
14:13
1
1
483

Bu gün istefa verən Gela Geladzenin yeni vəzifəsi açıqlanıb

Keçmiş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbəri Gela Geladze Daxili İşlər nazirinin müavini vəzifəsinə təyin olunacaq. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinq zamanı açıqlama verib. Kobaxidze Geladzenin həm Daxili İşlər naziri, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışdığı dövrdə dövlət təhlükəsizliyinin təmin olunması və cinayətkarlığa, o cümlədən mütəşəkkil narkotik və korrupsiya cinayətlərinə qarşı mübarizəyə mühüm töhfə verdiyini bildirib. “Gela Geladze Daxili İşlər nazirinin müavini vəzifəsini tutacaq. O, bilik və təcrübəsi ilə Gürcüstan Daxili İşlər Nazirliyinin komandasını əhəmiyyətli dərəcədə gücləndirəcək”, – deyə Kobaxidze bildirib. Qeyd edək ki, Gela Geladze Dövlət Təhlükəsizliyi Xidmətinə keçməzdən əvvəl, 2025-ci ilin mayından 2026-cı ilin aprel ayınadək Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb.

www.24news.ge