Haqqımızda Reklam
14 
Sen
2026
16:36
2
0
60

Gürcüstandakı azərbaycandilli məktəblərin müəllimləri üçün təlimlər təşkil olunub (VİDEO)

Marneuli şəhərində azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün keçirilən birgə təlim proqramının əyani mərhələsi sentyabrın 13-də başa çatıb. 24News.ge xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan 9 günlük təlimlərdə 75 müəllim iştirak edib. Təlimlər Azərbaycan Respublikasının Təhsil İnstitutu və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində olan Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib. Azərbaycanın Təhsil İnstitutunun aparıcı metodisti Vəfa Məmmədova vurğulayıb ki, təlim proqramının ilk iki mərhələsi artıq yekunlaşdırılıb. Üçüncü mərhələnin isə sentyabrın sonunda onlayn formatda keçirilməsi planlaşdırılır. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge