Haqqımızda Reklam
14 
Sen
2026
15:15
2
0
112

Baş nazir İran səfirinin sanksiyalarla bağlı açıqlamasına münasibət bildirib

Baş nazir İrakli Kobaxidze İran aviaşirkətlərinə qarşı ABŞ tərəfindən tətbiq edilən sanksiyalara Gürcüstanın münasibəti ilə bağlı İranın Gürcüstandakı səfiri Seyid Əli Mojaninin açıqlamasına cavab verib. 24News.ge xəbər verir ki, Kobaxidze Gürcüstanın beynəlxalq sanksiya rejiminə qoşulduğunu və sanksiyalardan yayınmağa imkan vermədiyini bildirib. “Biz sanksiyalardan yayınmağa imkan vermirik və sanksiya rejiminə qoşuluruq. Bu, bizim ümumi siyasətimizdir və buna hər kəs anlayışla yanaşmalıdır”, – deyə baş nazir bildirib. Kobaxidze qeyd edib ki, bu məsələ ilə bağlı İran səfirinə çatdırılmalı hər hansı mövqe olarsa, bunu ictimai açıqlamalar vasitəsilə deyil, birbaşa diplomatik kanallar çərçivəsində müzakirə edəcəklər: “Ümumiyyətlə, belə məsələlərlə bağlı ictimai açıqlamalar vermək düzgün deyil. Əgər səfirə deyəcəyimiz hər hansı bir söz varsa, bu barədə səfirlə danışacağıq. Beynəlxalq sanksiyalar qüvvədədirsə, biz həmişə belə sanksiya rejimlərinə qoşuluruq”, – deyə Kobaxidze vurğulayıb. Qeyd edək ki, ABŞ 27 İran aviaşirkətinə qarşı sanksiya tətbiq edib. Bu şirkətlərdən bəziləri Gürcüstan və İran arasında uçuşlar həyata keçirir. Gürcüstan Mülki Aviasiya Agentliyi isə daha əvvəl açıqlama yayaraq, ölkənin beynəlxalq sanksiya rejiminə tam şəkildə əməl edəcəyini bildirib. İranın Gürcüstandakı səfiri Seyid Əli Mojani isə Gürcüstanın qərarına hörmət etdiklərini, lakin başqalarının seçimlərinə hörmət etmək öz seçim hüququndan imtina etmək demək deyil.

www.24news.ge