Haqqımızda Reklam
03 
Avq
2026
13:08
3
1
321

İsti hava ilə bağlı əhaliyə xəbərdarlıq – Mərkəzdən tövsiyələr

Yay mövsümündə müşahidə olunan yüksək temperaturla əlaqədar Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz vətəndaşlara müraciət edərək bir sıra tövsiyələr verib. 24News.ge xəbər verir ki, mərkəzin məlumatına görə, havanın ən isti saatlarında açıq havada hərəkət etməkdən çəkinmək tövsiyə olunur. Mütəxəssislər əhaliyə gün ərzində kifayət qədər su qəbul etməyi, alkoqollu, şirin və kofeinli içkilərdən uzaq durmağı məsləhət görürlər. Eyni zamanda, yüksək intensivlikli fiziki fəaliyyətin məhdudlaşdırılması və bunun günün daha sərin saatlarına – əsasən səhər vaxtına keçirilməsi tövsiyə edilir. Qurum valideynlərə və ev heyvanı sahiblərinə ciddi xəbərdarlıq edərək bildirir ki, uşaqları və heyvanları dayanmış avtomobildə qoymaq qəti qadağandır. Yüksək temperatur onların sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır. Açıq havaya çıxarkən açıq rəngli, rahat və təbii parçalardan hazırlanmış geyimlərin seçilməsi, həmçinin papaq, çətir və gün eynəyindən istifadə edilməsi məsləhət görülür. Evlərdə isə sərinliyin qorunması, otaqların əsasən səhər və gecə saatlarında havalandırılması vacib sayılır. Mütəxəssislər qeyd edirlər ki, istilik dalğaları və yüksək temperatur ictimai sağlamlıq üçün əsas çağırışlardan biri olaraq qalır. İqlim dəyişiklikləri fonunda Gürcüstanda da yüksək temperatur hallarının tezliyi və davametmə müddəti artır ki, bu da istiliyə həssas xəstəliklərin yayılmasına və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

www.24news.ge