Haqqımızda Reklam
02 
Avq
2026
15:25
2
0
29

Kobaxidze: "İqtisadi artım tempinin qorunmasının əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır"

Baş nazir İrakli Kobaxidze ölkədə iqtisadi artım tempinin yüksək səviyyədə saxlanılmasının əsas səbəblərindən biri kimi korrupsiyaya qarşı mübarizəni göstərib. 24News.ge xəbər verir ki, baş nazirin sözlərinə görə, artıq 2026-cı ilin ilk 6 ayına dair iqtisadi göstəricilər açıqlanıb və bu rəqəmlər Beynəlxalq Valyuta Fondunun ilkin proqnozlarını əhəmiyyətli dərəcədə üstələyir. Kobaxidze bildirib ki, son ayda iqtisadi artım 8,6 faiz təşkil edib, ilk yarımilin orta göstəricisi isə 7,9 faiz olub. Onun sözlərinə görə, bu nəticələr ölkə iqtisadiyyatının dayanıqlığını nümayiş etdirir. Hökumət başçısı vurğulayıb ki, yüksək eşelonlarda korrupsiyanın tam aradan qaldırılması iqtisadi inkişafın sürətlənməsinə və davamlılığının təmin olunmasına birbaşa təsir göstərir. Baş nazir qeyd edib ki, əldə olunan nəticələr beynəlxalq maliyyə institutlarının da proqnozlarını yenidən nəzərdən keçirməsinə səbəb olub və bu, Gürcüstan iqtisadiyyatına olan etimadın göstəricisidir.

www.24news.ge