Haqqımızda Reklam
02 
Avq
2026
16:43
2
0
187

Baş nazir: "Dövlət universitetlərində tələbələrin motivasiyası üçün yeni mexanizmlər tətbiq ediləcək"

Baş nazir İrakli Kobaxidze dövlət universitetlərində ali təhsilin tələbələr üçün tam pulsuz olacağını açıqlayıb. 24News.ge xəbər verir ki, baş nazirin sözlərinə görə, yeni sistemdə tələbələrin motivasiyasını qorumaq məqsədilə müəyyən mexanizmlər nəzərdə tutulub. Kobaxidze bildirib ki, əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilməzsə, bu, onun tədris prosesində kifayət qədər fəal iştirak etmədiyini göstərir. Bu halda üçüncü semestrdən etibarən dövlət maliyyələşməsinin azaldılması tətbiq olunacaq. Baş nazir vurğulayıb ki, tətbiq edilən bu mexanizmlərin əsas məqsədi tələbələrin təhsil prosesinə daha məsuliyyətli yanaşmasını və motivasiyasını artırmaqdır.

www.24news.ge