Haqqımızda Reklam
24 
Iyl
2026
16:18
19
5
625

Bakı–Tbilisi–Bakı qatarına yeni vaqonlar əlavə olunub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir. 24News.ge xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. Məlumata əsasən, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 2,2 dəfə (120 %) artırılıb. Əlavə vaqonların istismara verilməsi daha geniş seçim və daha çox sərnişinə səyahət imkanı yaradır. Qurumdan bildirilib ki, yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparır. Bildirilib ki, indiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100 % olub. Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.

www.24news.ge