Haqqımızda Reklam
24 
Iyl
2026
23:15
6
1
831

İdxalı 56% artan Gürcüstan elektrik enerjisini haradan alır?

2026-cı ilin yanvar–iyun aylarında Gürcüstanın elektrik enerjisi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz artıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (Geostat) məlumatında bildirilir. Məlumata görə, cari ilin ilk altı ayında ölkəyə 39,615 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal olunub. Ötən ilin eyni dövründə isə bu göstərici 25,325 milyon dollar təşkil edib. Statistikaya əsasən, 2026-cı ilin yanvar–iyun aylarında Gürcüstan elektrik enerjisini dörd ölkədən idxal edib. İdxalın əsas hissəsi Türkiyə və Rusiyanın payına düşüb. Bu iki ölkənin ümumi payı elektrik enerjisi idxalının 67,1 faizini təşkil edib. Ölkələr üzrə elektrik enerjisi idxalı belə olub: Türkiyə – 13,624 milyon ABŞ dolları (34,4%); Rusiya – 12,954 milyon ABŞ dolları (32,7%); Azərbaycan – 9,011 milyon ABŞ dolları (22,7%); Ermənistan – 4,026 milyon ABŞ dolları (10,2%).

www.24news.ge