Haqqımızda Reklam
24 
Iyl
2026
14:23
12
8
855

Giorgi Şincikaşvili, yepiskop Giorgi Camdelianiyə qarşı açdığı məhkəmə işini qazanıb

Kvemo Kartlinin keçmiş vitse-qubernatoru Giorgi Şincikaşvili, Yepiskop Giorgi Camdelianiyə qarşı şərəf və ləyaqətin alçaldılması ilə bağlı qaldırdığı məhkəmə iddiasını qazanıb. 24News.ge xəbər verir ki, işə Bolnisi Rayon Məhkəməsi baxıb. Məhkəmə qərarı ilə bağlı Giorgi Şincikaşvili sosial şəbəkə hesabında paylaşım edərək belə yazıb: "Gec-tez həqiqət öz yolunu tapır. Həqiqət ləyaqətin və məsuliyyətin tərəfində dayanır. Başqasını öz rifahı naminə ləkələmək mənim üçün hər zaman qəbuledilməz olub və bu gün də belədir. Bu, təkcə mənim bir şəxs olaraq görünməmiş böhtan üzərində qələbəm deyil. Bu gün qəbul edilən qərar, təxminən bir il ərzində mənimlə birlikdə ədalətin bərqərar olmasını gözləyən hər bir insanın qələbəsidir. Bolnisi Rayon Məhkəməsinə ədalətin və qanunun aliliyini təmin etdiyinə görə təşəkkür edirəm. Mənə hər zaman inanan, sadə bir insan kimi haqlı olduğuma inamını itirməyən hər bir dəstəkçimə minnətdaram. Hər bir vəzifədən və rütbədən üstün olan ləyaqətdir." Məlumata əsasən, məhkəmə qərarına görə, Marneuli və Hucabi yeparxiyasının yepiskopu Giorgi (Leri) Camdeliani yayımladığı yalan məlumata görə, Giorgi Şinjikaşvilidən üzür istəməlidir.

www.24news.ge