Haqqımızda Reklam
24 
Iyl
2026
14:01
9
1
309

Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Qardabanidə saxlanılıb (VİDEO)

Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon İdarəsinin əməkdaşları "Interpol"un qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs Türkiyə Respublikası hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərə görə beynəlxalq səviyyədə axtarışda olub. Qeyd olunub ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.

www.24news.ge