Haqqımızda Reklam
21 
Iyl
2026
11:10
9
7
2016

Rustavi, Telavi və Saçxeredə sürücülük imtahanı marşrutları dəyişdirilir

Nəqliyyat vasitəsini idarəetmə hüququnun əldə edilməsi üçün keçirilən imtahan prosesinin təkmilləşdirilməsi məqsədilə iyulun 22-dən etibarən Rustavi, Telavi və Saçxeredə praktiki imtahan marşrutlarında dəyişiklik ediləcək. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb. Dəyişikliklər aşağıdakı kimidir: Rustavidə – "B" və "BE" kateqoriyaları üzrə praktiki imtahanın ikinci mərhələsi üçün nəzərdə tutulan beş marşrut yeni marşrutlarla əvəz olunacaq. Telavidə – "B" və "BE" kateqoriyaları üzrə praktiki imtahanın ikinci mərhələsi üçün müəyyən edilmiş iki marşrut yenilənəcək. Həmçinin "C" kateqoriyası və "C1"/"D1" altkateqoriyaları üzrə imtahan marşrutu da yeni marşrutla əvəz ediləcək. Saçxeredə – "B" və "BE" kateqoriyaları üzrə praktiki imtahanın ikinci mərhələsi üçün istifadə olunan bütün marşrutlar ləğv edilərək onların yerinə dörd yeni marşrut tətbiq olunacaq. Yeni marşrutlarla bağlı ətraflı məlumat müvafiq keçid (link) vasitəsilə təqdim olunub. https://www.sa.gov.ge/d/normativeacts

www.24news.ge