Haqqımızda Reklam
18 
Sen
2023
12:55
10
33
2213

Gürcüstanda orta aylıq yaşayış minimumu açıqlandı

Avqust ayında Gürcüstanda iş qabiliyyətli kişi üçün bir aylıq yaşayış minimumu 253 lari, 50 tetri təşkil edib. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin məlumatında bildirilir. Məlumata əsasən, iyul ayı ilə müqayisədə yaşayış minimumu 3 lari 60 tetri artıb. Qeyd edək ki, Milli Statistika Xidməti yaşayış minimumunu minimum ərzaq səbətinə əsasən müəyyən edir. Sözügedən səbətdə əmək qabiliyyətli kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidalar öz əksini tapır. Minimum ərzaq səbəti 40 məhsuldan ibarətdir. Bunlar: çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatlarıdır.

www.24news.ge