Haqqımızda Reklam
14 
Sen
2026
12:39
5
1
183

Alim Nəbiyev növbəti qələbəsini qazanıb (VİDEO)

Azərbaycanı və Gürcüstanı beynəlxalq arenada uğurla təmsil edən, “Professor” ləqəbli Alim Nəbiyev Dubayda VFL təşkilatının keçirdiyi döyüş gecəsində qələbə qazanıb. 24News.ge xəbər verir ki, Alim Nəbiyev afrikalı rəqibini ilk raundda nokautla məğlub edib. Bu qələbə onun peşəkar MMA karyerasında ardıcıl dördüncü qələbəsi olub. Beləliklə, Nəbiyevin peşəkar MMA statistikasında 4 qələbə və 0 məğlubiyyət (4-0) qeydə alınıb. Qeyd edək ki, Alim Nəbiyev kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionudur. Məlumat üçün bildirək ki, Alim Nəbiyev əslən Telavi bələdiyyəsinin Qaracala kəndindəndir. O, həmçinin keçmiş Dünya Muaytay Şurasının keçirdiyi turnirlərdə yüngül çəki üzrə dünya çempionu titulunu qazanıb.

www.24news.ge