Haqqımızda Reklam
12 
Iyn
2019
11:46
6
1
805

Gürcüstanda yeni məscidin inşası ilə bağlı məhkəmə 4-cü dəfə təxirə salınıb

Batumi şəhərində ikinci məscidin inşası məsələsi ilə bağlı dördüncü məhkəmə iclası keçirilib. 24News.ge xəbər verir ki, hakim Cumber Becanidze Batumi meriyasının nümayəndəsinə məscidlə bağlı məsələnin müzakirəsi üçün bu gün müsəlman icması ilə görüşməyi təklif edib. O bildirib ki, məhkəmənin bir neçə dəfə təxirə salınmasının səbəbi meriya və müsəlman icması arasında danışıqların baş tutmamasıdır. Meriyanın vəkili Vaxtanq Gedenidze şəhər rəhbərliyinin müsəlman icması ilə danışıqlara hazır olduğunu deyib. Gürcüstanın Müsəlmanlar Birliyinin sədri Tariel Nakaidze isə meriyanın məscidlə bağlı məsələdə mövqeyinin çox zəif olduğunu bildirib: “Şəhər rəhbərliyinin bu problemin həlli üçün siyasi iradəsi yoxdur. Buna görə də proses uzanır”. Məhkəmə prosesində fasilə elan olunub. İclasın günün ikinci yarısında davam etdiriləcəyi gözlənilir. Qeyd edək ki, Batumidə yeni məscidin inşası ilə bağlı məhkəmə prosesi 2017-ci ildən davam edir. Son məhkəmə iclası mayın 22-də keçirilib. Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildən etibarən davam edir. Şəhərdə fəaliyyət göstərən yeganə məscid müsəlmanlara kifayət etmir. Belə ki, onların əksəriyyəti dini ibadətlərini məscidə yaxın küçədə yerinə yetirir. 2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadrat metr sahəyə malik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989