Haqqımızda Reklam
17 
Okt
2026
19:40
2
0
154

Batumidə xarici ölkə vətəndaşı polisdən yayınmaq üçün dördüncü mərtəbədən tullanıb

Batumi şəhərində, Qorqasali küçəsində xarici ölkə vətəndaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarından yayınmaq məqsədilə yaşayış binasının dördüncü mərtəbəsindən tullanıb. 24News.ge xəbər verir ki, hadisə polisə mənzildə narkotik vasitələrin ola biləcəyi barədə məlumat daxil olduqdan sonra baş verib. Məlumata əsasən, məsuliyyətdən yayınmağa çalışan kişilərdən biri mənzilin dördüncü mərtəbəsindən tullanıb və binanın yaxınlığında park edilmiş avtomobilin üzərinə düşüb. Hadisə zamanı müxtəlif xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisədə iştirak edən digər xarici ölkə vətəndaşı olan üç nəfərin şəxsiyyəti artıq müəyyən edilib, istintaq davam etdirilir.

www.24news.ge