Haqqımızda Reklam
17 
Okt
2026
16:54
2
5
163

İrakli Kirtsxaliya və Zurab Pataradze "Gürcü Arzusu"nun Siyasi Şurasına daxil olub

"Gürcü Arzusu"nun Siyasi Şurasının qərarı ilə İrakli Kirtsxaliya və Zurab Pataradze Siyasi Şuraya qoşulacaqlar. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze partiyanın Siyasi Şurasının və əksəriyyətin iclasları başa çatdıqdan sonra keçirilən brifiqndə məlumat verib. O bildirib ki, Siyasi Şuranın genişləndirilməsi barədə qərar qəbul edilib: "Partiya nizamnaməsinə əsasən, Siyasi Şuranın tərkibini genişləndirmək imkanımız var. Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya və Acara Muxtar Respublikasının Hökumət sədri Zurab Pataradzenin Siyasi Şuranın tərkibinə daxil edilməsi barədə qərar qəbul olundu“, - deyə İrakli Kobaxidze qeyd edib.

www.24news.ge