Haqqımızda Reklam
17 
Okt
2026
16:34
5
1
121

İnterpolun qırmızı bülleteni ilə axtarılan xarici ölkə vətəndaşı Batumidə saxlanılıb (VİDEO)

Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, saxlanılan şəxs Belçika Krallığının hüquq-mühafizə orqanlarının tələbi əsasında dələduzluq ittihamı ilə axtarışda olub. Şübhəli Gürcüstan sərhədini keçməyə cəhd edərkən Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.

www.24news.ge