Haqqımızda Reklam
10 
Okt
2026
23:22
3
0
206

Gürcüstanda ən yüksək orta əməkhaqqı olan regionların adları açıqlanıb

Gürcüstanda orta aylıq əməkhaqqının ən yüksək olduğu bölgələr Tbilisi və Mtsxeta-Mtianetidir. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) məlumatlarında qeyd olunub. Sakstatın məlumatına əsasən, ölkədə muzdla çalışanların orta nominal aylıq əməkhaqqı 2 165 lari təşkil edir. Bununla yanaşı, işçilərin böyük əksəriyyətinin gəlir səviyyəsini daha yaxşı əks etdirən median əməkhaqqı 1 531 laridir. Bölgələr üzrə orta aylıq əməkhaqqı belədir: Tbilisi – 2 565 lari; Mtsxeta-Mtianeti – 1 975 lari; Kvemo Kartli – 1 800 lari; Acarıstan Muxtar Respublikası – 1 789 lari; Sameqrelo-Zemo Svaneti – 1 439 lari; Kaxeti – 1 384 lari; Samtsxe-Cavaxeti – 1 344 lari; İmereti – 1 340 lari; Şida Kartli – 1 318 lari; Quriya – 1 276 lari; Raça-Leçxumi və Kvemo Svaneti – 1 138 lari. Qeyd edək ki, 2025-ci ildə median əməkhaqqı əvvəlki illə müqayisədə 14,9 faiz artsa da, orta və median əməkhaqqı arasındakı fərq yüksək olaraq qalır və 29,3 faiz təşkil edir.

www.24news.ge