Haqqımızda Reklam
10 
Okt
2026
21:53
1
3
146

Tbilisidə Ermənistan Mədəniyyət Günlərinin Filarmoniyada açılışı olub (FOTO)

Tbilisi Opera və Balet Dövlət Teatrında Ermənistan Respublikasının Mədəniyyət Günlərinə Ermənistan Milli Filarmoniya Orkestrinin konserti ilə start verilib. 24News.ge xəbər verir ki, tədbirdə qonaqlar qarşısında Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava, Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyan çıxış ediblər. Çıxışı zamanı Natia Şamatava Gürcüstan və Ermənistanı əsrlər boyu formalaşmış dostluğun, ortaq dəyərlərin və mədəni köklərin birləşdirdiyini bildirib. “Ölkələrimiz arasında hər zaman zəngin mədəni mübadilə, xüsusilə incəsənət və musiqi sahələrində əməkdaşlıq mövcud olub. Bugünkü tədbir də bu çoxillik ənənənin davamıdır. Gürcüstanın Mədəniyyət Nazirliyi musiqi, teatr, kino, mədəni irsin qorunması və digər istiqamətlərdə Ermənistanın müvafiq qurumları ilə tərəfdaşlığı davam etdirməyə və daha da dərinləşdirməyə hazırdır”, – deyə nazir müavini vurğulayıb. Konsertdə Ermənistan Milli Filarmoniya Orkestri bədii rəhbər və baş dirijor Eduard Topçyanın rəhbərliyi altında, violonçel ifaçısı Narek Hakhnazaryanın iştirakı ilə çıxış edib. Dinləyicilərə Zakariyyə Paliaşvilinin, Antonin Dvorjakın və Aram Xaçaturyanın əsərləri təqdim olunub. Tədbirdə Gürcüstan parlamentinin sədrinin birinci müavini Giorgi Volski, nazirliyin nümayəndələri, Ermənistan nümayəndə heyətinin üzvləri, erməni diasporunun təmsilçiləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

www.24news.ge