Haqqımızda Reklam
16 
Sen
2026
21:41
5
0
132

Baş nazir DTX-nın yeni rəhbərini xidmətin şəxsi heyətinə təqdim edib

Baş nazir İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəhbəri Tamaz Boraşvilini qurumun əməkdaşlarına təqdim edib. 24News.ge xəbər verir ki, hökumət administrasiyasının məlumatına görə, Kobaxidze DTX əməkdaşlarına xidmətlərinə görə təşəkkür edib və Tamaz Boraşvilinin uzunillik təcrübəsini vurğulayıb. Baş nazir həmçinin DTX-nın sabiq rəhbəri Geka Geladzeyə təşəkkür edib və onun Daxili İşlər nazirinin müavini vəzifəsində fəaliyyətinə uğurlar arzulayıb. Kobaxidze bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti ölkənin və milli təhlükəsizliyin qorunmasında əsas qurumlardan biridir. O, Tamaz Boraşvilinin bu sistemdə 20 ildən artıq çalışdığını və uzunmüddətli karyerası ərzində təcrübə qazandığını qeyd edib. Baş nazirin sözlərinə görə, Boraşvilinin sistem daxilində ardıcıl karyera yüksəlişi və peşəkar təcrübəsi onun yeni vəzifəyə namizədliyinin irəli sürülməsində əsas amillərdən biri olub. DTX-nın sabiq rəhbəri Geka Geladze də Tamaz Boraşvilini yeni vəzifəsi münasibətilə təbrik edib. O, Baş nazirə göstərilən etimada və dəstəyə görə təşəkkürünü bildirib. Tamaz Boraşvili isə ona göstərilən etimada görə Baş nazirə və parlamentə təşəkkür edib. O, DTX əməkdaşları ilə birlikdə ölkənin təhlükəsizliyinin və qurumun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində çalışacağını bildirib. Qeyd edək ki, Gürcüstan parlamenti sentyabrın 16-da Tamaz Boraşvilini Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə 83 səslə təsdiqləyib. Səsvermədə qərar yekdilliklə qəbul edilib. Qanunvericiliyə əsasən, DTX rəhbəri 6 illik müddətə seçilir.

www.24news.ge