Haqqımızda Reklam
16 
Sen
2026
14:19
6
2
102

Parlament yeni DTX rəhbərini təsdiqləyib

Parlament Tamaz Boraşvilini Dövlət Təhlükəsizliyi Xidmətinin (SUS) rəhbəri vəzifəsinə təsdiqləyib. 24News.ge xəbər verir ki, Boraşvilinin namizədliyinə 83 deputatın hamısı dəstək verib. Onun namizədliyi Gürcüstan hökuməti tərəfindən parlamentə təqdim edilmişdi. Qanunvericiliyə əsasən, DTX rəhbəri 6 il müddətinə seçilir. Lakin son il yarım ərzində xidmət rəhbərinin seçilməsi məsələsi parlamentin gündəliyinə artıq dördüncü dəfə çıxarılıb. 2025-ci il aprelin 4-də Anri Oxanaşvili DTX rəhbəri vəzifəsinə təyin edilmiş, həmin il avqustun 23-də postu tərk etmişdi. Onu Mamuka Mdinaradze əvəzləmiş və 2025-ci il sentyabrın 3-də parlament tərəfindən DTX rəhbəri seçilmişdi. Mdinaradze 2026-cı il aprelin 21-də istefa verib. Daha sonra DTX rəhbəri vəzifəsini Geka Geladze tutub. O, sentyabrın 14-də vəzifəsindən istefa verdiyini açıqlayıb. Geladze daxili işlər nazirinin müavini vəzifəsinə keçəcək.

www.24news.ge