Haqqımızda Reklam
16 
Sen
2026
11:11
1
1
146

İran aviaşirkətlərinin Gürcüstana uçuşlarının dayandırılacağı tarix açıqlanıb

ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar fonunda sanksiyaya məruz qalan İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq. 24News.ge xəbər verir ki, İran bazarında fəaliyyət göstərən “Georgia Holiday” turizm şirkəti sanksiyaya məruz qalan aviaşirkətlərin Gürcüstana son reyslərini sentyabrın 20-də həyata keçirəcəyini təsdiqləyib. Gürcüstan Mülki Aviasiya Agentliyi sentyabrın 10-da açıqlama yayaraq, ölkənin beynəlxalq sanksiya rejiminə tam əməl edəcəyini və ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiya mexanizmlərini nəzərə alacağını bildirib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-də İranın aviasiya sektorunu dəstəkləməkdə ittiham olunan 36 şirkət və quruma qarşı sanksiyalar tətbiq edib. Siyahıya Gürcüstan istiqamətində uçuşlar həyata keçirən bəzi İran aviaşirkətləri də daxil edilib. Məlumata görə, sentyabrın 15-də Batumiyə “Varesh Airlines”, Tbilisiyə isə “Fly Kish” və “Varesh Airlines” şirkətlərinin reysləri planlaşdırılıb. “Fly Sepehran” aviaşirkətinin saytında isə Tehran–Tbilisi reysləri sentyabrın 19-dan sonra görünmür.

www.24news.ge