Haqqımızda Reklam
15 
Sen
2026
23:25
2
2
278

Kobaxidze: Tbilisidə 2 milyard dollarlıq və 280 metrlik “Trump Tower” layihəsi həyata keçiriləcək

Baş nazir İrakli Kobaxidze “Trump Tower Tbilisi” layihəsinin təqdimatı zamanı layihənin ölkə və paytaxtın inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirib. 24News.ge xəbər verir ki, Kobaxidzenin sözlərinə görə, “Downtown Tbilisi” layihəsi və onun əsas simvolu kimi nəzərdə tutulan “Trump Tower Tbilisi” yalnız şəhərsalma layihəsi deyil. Layihəyə 2 milyard dollar investisiya qoyulması, 600 min kvadratmetr müasir məkanın yaradılması nəzərdə tutulur. Baş nazir bildirib ki, “Trump Tower Tbilisi” 280 metr hündürlüyündə və 62 mərtəbəli olacaq. Layihənin 2031-ci ildə, bütün “Downtown Tbilisi” kompleksinin isə 2033-cü ildə tamamlanması planlaşdırılır. Rəsmi layihə məlumatına görə, kompleks altı qüllədən ibarət olacaq və “Trump Tower Tbilisi” onların ilkidir. Kobaxidze qeyd edib ki, layihənin həyata keçirilməsində “Trump Organization” və Vaşinqtondakı Gensler memarlıq şirkətinin iştirakı mühüm amildir. Onun sözlərinə görə, layihə minlərlə iş yerinin yaradılmasına və Gürcüstanın tikinti sektoruna uzunmüddətli sifarişlərin verilməsinə imkan yaradacaq. Baş nazir həmçinin bildirib ki, son illərdə Gürcüstan iqtisadiyyatının sürətli inkişafı belə böyükmiqyaslı layihələrin həyata keçirilməsi üçün imkan yaradıb. “Downtown Tbilisi” layihəsi Tbilisinin Mərkəzi Parkının yaxınlığında 7 hektarlıq ərazidə reallaşdırılır. Kompleksin ümumi tikinti sahəsinin 600 min kvadratmetr, ümumi investisiyanın isə 2 milyard dollar olması planlaşdırılır. Kobaxidze hökumətin bu cür iri və uzunmüddətli investisiya layihələrini gələcəkdə də dəstəkləyəcəyini bildirib.

www.24news.ge