Haqqımızda Reklam
15 
Sen
2026
20:01
6
2
346

Muğanlı sakinləri qeyri-ənənəvi məzhəblər tərəfindən kənar müdaxiləyə qarşı etiraz aksiyası keçiriblər (VİDEO)

Qardabani bələdiyyəsinin Sarticala Muğanlı kəndinin sakinləri kəndin mərkəzinə toplaşaraq etiraz aksiyası keçiriblər. 24News.ge xəbər portalına müsahibə verən kənd sakinlərinin sözlərinə görə, son vaxtlar qeyri-ənənəvi məzhəbi təmsil edən xarici qüvvələr tərəfindən kənddə məscid və ya digər tikilinin inşa edilməsi istiqamətində cəhdlər edilir. Sakinlər bildiriblər ki, tikilinin inşa edilməsindən sonra məqsəd kəndin gənclərini “yanlış yola” yönəltmək və kənd əhalisi arasında parçalanma yaratmaqdır. Muğanlı sakinləri qeyd ediblər ki, kənd əhalisi tarixən ənənəvi şiə məzhəbinə mənsubdur və öz adət-ənənələrinə bağlıdır. Onların sözlərinə görə, kənar qüvvələrin kəndə müdaxilə edərək əhali arasında qarşıdurma və təfriqə yaratmasına yol vermək olmaz. Yerli sakinlər kənddə iki məscidin fəaliyyət göstərdiyini və ibadət etmək istəyən şəxslər üçün lazımi şəraitin olduğunu bildirərək əlavə məscidin tikintisinə ehtiyac olmadığını qeyd edirlər. Qeyd edək ki, kənd sakinləri məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi ərizələrlə müraciət ediblər. Sakinlərin bildirdiyinə görə, bir sıra dövlət qurumları onların müraciətlərini nəzərə alaraq məsələ ilə bağlı müvafiq münasibət bildirəcəklərini qeyd ediblər. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge