Haqqımızda Reklam
14 
Sen
2026
23:19
1
4
59

Hakim partiya Qaxariyanın partiyasının qadağan olunmasını tələb edəcək

Hakim “Gürcü Arzusu” partiyası “Gürcüstan naminə Qaxariya” partiyasının qadağan olunması ilə bağlı Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət edəcək. 24News.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxalia çoxluğun iclasından sonra keçirilən brifinqdə bildirib. Məlumata görə, bununla bağlı konstitusiya iddiasının bu həftə məhkəməyə təqdim edilməsi planlaşdırılır. Kirtsxalia bildirib ki, partiyanın əvvəlki iddiaya daxil edilməməsinin səbəbi “Gürcü Arzusu”nun ona parlament fəaliyyətində iştirak etmək üçün şans verməsi olub. Lakin onun sözlərinə görə, sonradan “Gürcüstan naminə Qaxariya” partiyasının parlament daxilində və açıqlamalarında “destruktiv fəaliyyətləri” müşahidə edilib. Hakim partiyanın nümayəndəsi həmçinin iddia edib ki, Qiorqi Qaxarianın partiyası “Kollektiv Milli Hərəkat” adlandırdığı siyasi qüvvənin “agentura şəbəkəsinin” həyata keçirdiyi ideyaya xidmət edib. Kirtsxalianın sözlərinə görə, təqdim ediləcək konstitusiya iddiasında “Gürcüstan naminə Qaxariya” partiyasının parlament və sakrebulo deputatlarının mandatlarının dayandırılması tələbi yer almayacaq. Qeyd edək ki, “Gürcü Arzusu” bundan əvvəl “Vahid Milli Hərəkat”, “Dəyişiklik üçün Koalisiya”, “Güclü Gürcüstan – Lelo” və “Federalistlər” partiyalarının konstitusiyaya zidd elan edilərək qadağan olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

www.24news.ge