Haqqımızda Reklam
11 
Sen
2026
08:22
8
19
1191

Gürcüstan İrandan uçuşlarla bağlı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulur

ABŞ Dövlət Departamentinin İrana qarşı genişləndirilmiş sanksiya siyahısına Gürcüstanla İran arasında hava əlaqəsini həyata keçirən bir sıra aviaşirkətlərin də daxil edilməsi Gürcüstanın mövqeyini gündəmə gətirib. 24News.ge xəbər verir ki, Gürcüstan Mülki Aviasiya Agentliyindən bildirilib ki, ölkə beynəlxalq sanksiya rejiminə tam şəkildə riayət edəcək. Agentliyin məlumatına görə, Gürcüstan Avropa İttifaqı və ABŞ tərəfindən tətbiq olunan sanksiya mexanizmlərini nəzərə alır və xarici aviaşirkətlərin ölkənin aviasiya bazarına buraxılması zamanı milli qanunvericiliklə yanaşı, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və beynəlxalq razılaşmalara əsaslanır. Qeyd edək ki, ABŞ İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində ölkənin bütün aviaşirkətlərinə məhdudiyyətlər qoyub. Sanksiya siyahısına daxil edilən aviaşirkətlər arasında Qeshm Air, Sepehran Airlines, Iran Aseman Airlines, Varesh Airlines və Fly Kish Airlines də var. Sözügedən şirkətlər Gürcüstanda da uçuşlar həyata keçirirlər. Gürcüstan Mülki Aviasiya Agentliyi bildirib ki, sərnişinlərin, yerli aviasiya bazarının və infrastrukturun təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) sanksiya siyahısını, o cümlədən SDN List-i əlavə monitorinq mexanizmi kimi nəzərə alır. Agentlik qeyd edib ki, bu mexanizm əsasında Gürcüstan daha əvvəl də bir sıra aviaşirkətlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq edib. “Gürcüstan gələcəkdə də beynəlxalq tələblərə ciddi şəkildə riayət olunmasını təmin edəcək və mövcud sanksiya mexanizmlərini rəhbər tutmağa davam edəcək”, — deyə Mülki Aviasiya Agentliyindən bildirilib.

www.24news.ge