Haqqımızda Reklam
14 
Sen
2026
11:32
7
2
142

Qabal kəndində "Qadınlar Cəmiyyəti" yaradılıb

Laqodexi bələdiyyəsinin Qabal kəndində qadınların ictimai fəallığının artırılması və həmrəyliyinin gücləndirilməsi məqsədilə "Qadınlar Cəmiyyəti" yaradılıb. 24News.ge xəbər verir ki, təşəbbüs Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Qadınlar Cəmiyyəti"nin üzvləri tərəfindən irəli sürülüb. Təşkilati məsələlərlə bağlı keçirilən seçim nəticəsində Qabal, Qaracalar, Gəncəli və Uzuntala kəndlərini təmsil edən 13 nəfərlik heyət formalaşdırılıb. Qabal mahalı üzrə "Qadınlar Cəmiyyəti"nin rəhbəri Tamilə Vəliyeva seçilib. Yeni yaradılan cəmiyyətin əsas məqsədləri arasında qadınları bir araya gətirmək, onların ictimai fəallığını artırmaq, təcrübə və bilik mübadiləsini gücləndirmək, ehtiyacı olan ailələrə dəstək göstərmək, qadınların və gənclərin maarifləndirilməsinə töhfə vermək, yerli icmanın inkişafında qadınların rolunu artırmaq yer alır.

www.24news.ge