Haqqımızda Reklam
21 
Avq
2026
23:40
2
4
1165

Algeti kəndində 3 nəfər bıçaqlanıb

Marneuli bələdiyyəsinin Algeti kəndində bıçaqlanma hadisəsi baş verib. 24News.ge xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Mövcud məlumata görə, ciddi psixoloji problemləri olan, 40 yaşlarında bir kişini xəstəxanaya yerləşdirmək istəyən üç nəfər əmiuşağına həmin şəxs bıçaqla xəsarət yetirib. Yaralılar Marneulidə yerləşən klinikalardan birinə çatdırılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir. Xəbər portalımız hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.

www.24news.ge