Haqqımızda Reklam
21 
Avq
2026
20:29
5
10
366

Tbilisidə parklanma qaydalarının pozulmasına görə büdcəyə 13,6 milyon lari daxil olub

Tbilisidə parklanma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdən büdcəyə daxil olan vəsait bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 80% artaraq 13,6 milyon lari təşkil edib. 24News.ge xəbər verir ki, Gürcüstanın konsolidasiya edilməmiş vahid büdcəsinin gəlirlərinə əsasən, 2026-cı ilin yanvar-iyul aylarında parklanma cərimələrindən büdcəyə 13 637 784 lari daxil olub. Ötən ilin eyni dövründə isə bu göstərici 7 588 944 lari təşkil edib. Qeyd olunur ki, 2025-ci il ərzində parklanma qaydalarının pozulmasına görə büdcəyə ümumilikdə 17 527 091 lari daxil olub. Xatırladaq ki, 2022-ci ilin payızından etibarən parklanma qaydalarının pozulmasına görə cərimələr artırılıb. Belə ki, cərimənin məbləği 10 laridən 50 lariyə yüksəldilib.

www.24news.ge