Haqqımızda Reklam
21 
Avq
2026
20:21
6
3
199

TİKA-nın nümayəndə heyəti Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzini ziyarət edib (FOTO)

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı İnkişaf Elçiləri proqramı çərçivəsində nümayəndə heyəti Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzini ziyarət edib. 24News.ge xəbər verir ki, səfər çərçivəsində mərkəzin fəaliyyəti ilə tanışlıq və müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılıb Görüşün əvvəlində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov qonaqları salamlayaraq mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, mərkəz 2021-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətə başlayıb. Mərkəzdə müxtəlif dil kursları, təlimlər, maarifləndirici görüşlər, eləcə də gənclərin təhsil və inkişafına yönəlmiş müxtəlif layihələr həyata keçirilir Çıxış zamanı TİKA-nın Gürcüstan nümayəndəliyi ilə 2023-cü ildən etibarən qurulan əməkdaşlığın nəticələri də diqqətə çatdırılıb. Qeyd olunub ki, bir il əvvəl TİKA-nın dəstəyi ilə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin maddi-texniki bazasının yenilənməsinə dəstək göstərilib. Bu dəstəyin mərkəzdə təhsil alan gənclərin daha əlverişli şəraitdə inkişafına mühüm töhfə verdiyi bildirilib Daha sonra TİKA-nın Gürcüstan üzrə koordinatoru Salih Özer çıxış edərək agentliyin Gürcüstanda həyata keçirdiyi layihələr və müxtəlif istiqamətlərdə görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib Görüşdə iştirak edən ziyalılar və qonaqlar da çıxış edərək TİKA-nın Bolnisidə həyata keçirdiyi işləri yüksək qiymətləndirib və göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.Tədbir çərçivəsində professor Şürəddin Məmmədli müəllifi olduğu kitablar toplusunu qonaqlara təqdim edib və öz yaradıcılığı haqqında məlumat verib Tədbirin bədii hissəsində Aşıq Samir saz ifası və aşıq sənətinin nümunələri ilə qonaqlar qarşısında çıxış edib. Saz ifaları və aşıq havaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.Eyni zamanda Leyla Məmmədəlizadənin çəkdiyi rəsm əsərləri ilə tanış olublar. Həmçinin Bolnisidə fəaliyyət göstərən gənc idmançılarla görüşən qonaqlar onların fəaliyyəti, əldə etdikləri nəticələr və uğurları ilə maraqlanıblar. Gənc idmançıların müxtəlif yarışlarda qazandıqları nailiyyətlər yüksək qiymətləndirilib və onların gələcək fəaliyyətlərinə uğurlar arzulanıb Səfərin davamında qonaqlar Bolnisinin tarixi küçələri ilə tanış olub, şəhərin bir sıra mədəni və tarixi məkanlarını ziyarət ediblər. Qonaqlara Bolnisinin tarixi və mədəni irsi, eləcə də şəhərin özünəməxsus xüsusiyyətləri haqqında məlumat verilib Sonda qonaqlar və tədbir iştirakçıları üçün çay süfrəsi təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb və xatirə şəkilləri çəkilib.

www.24news.ge