Haqqımızda Reklam
21 
Avq
2026
17:00
5
0
148

Qanunsuz silah və sursat dövriyyəsinə görə 5 nəfər saxlanılıb (VİDEO)

Tbilisi, Kaxeti, İmereti, Abxaziya Muxtar Respublikası və Samtsxe-Cavaxeti Polis Departamentlərinin əməkdaşları tərəfindən keçirilən müxtəlif polis-profilaktik tədbirlər nəticəsində 5 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslər odlu silah və döyüş sursatını qanunsuz əldə etmək, saxlamaq və daşımaq, həmçinin döyüş sursatının qanunsuz satışı ilə məşğul olmaqda ittiham olunurlar. Hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində aparılan axtarışlar, eləcə də gizli istintaq tədbirləri nəticəsində müxtəlif növ odlu silah və döyüş sursatı maddi sübut kimi götürülüb. Əməliyyat zamanı 4 tapança, revolver, daraqlar və 265 ədəd patron ələ keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 5-ci hissələri ilə istintaq aparılır. Qeyd olunan maddələr üzrə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

www.24news.ge